Mayk Pompeo və Donald Tramp

ABŞ güzəşt edəcəyi 8 ölkənin adını açıqladı - SİYAHI

549
(Yenilənib 18:11 05.11.2018)
ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana qarşı sanksiyalarla bağlı açıqlama verib

BAKI, 5 noyabr — Sputnik. ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana qarşı sanksiyalarla bağlı açıqlama verib.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Pompeo Türkiyənin də içərisində olduğu 8 ölkənin embarqodan azad ediləcəyini açıqlayıb.

O, bildirib ki, İrana qarşı sanksiyalar bu gün sürətləndiriləcək: "Burada diqqət edilməsi lazım olan bir şey var. İrana sanksiyalar davam edəcək və cəzalar da olacaq. İranla iş görmək pis nəticələr doğuracaq. Bəzi ölkələrə sərbəstlik verdik. Bunlar Çin, Hindistan, Cənubi Koreya, Türkiyə, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır".

"Həqiqətləri ortaya qoymaq lazımdır. ABŞ nüvə müqaviləsinə daxil olduqdan sonra İran regiondakı təzyiqini artırıb. Atdığımız addımlarla İranın üzərindəki təzyiqin istədiyimiz nəticəyə nail olacağını və İranın risk çoxaldıcı bir faktor olmasına mane olacağını düşünürük" – deyə dövlət katibi deyib.

"ABŞ 50 İran bankı və 700-dən çox iranlını sanksiya siyahısına salıb. ABŞ İran Hava Yolları və 65 təyyarəni də sanksiya siyahısına daxil edib" – deyə o əlavə edib.

ABŞ maliyyə naziri Mnuchin deyib ki, 400-dən çox şirkət enerji və gəmiçilik sektorunda hədəfə alınıb. 250 nəfər sanksiya siyahısına salınıb. Bu günə qədər görünməmiş sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsini nəzərdə tutan 6 maddəni açıqlayıb.

Cari il may ayında İranla bağlanan sazişdən imtina edən ABŞ prezidenti Donald Tramp İrana qarşı iki mərhələli sanksiyalara başlayacaqları bəyan etmişdi.

90 günü nəzərdə tutan ilkin mərhələnin başa çatmasından sonra bu gün 180 günlük sanksiyalara start verilib. 6 maddəni özündə ehtiva edən sanksiyalar İranın liman operatorları, gəmiçilik, gəmi inşaatı sektorlarını, neft sektorunu əhatə edir.

Neftlə bağlı sanksiyaları nəzərdə tutan ikinci maddə başqa ölkələrin beynəlxalq səviyyədə İrandan neft alınmasının məhdudlaşdırılması haqqındadır. Digər maddə isə beynəlxalq maliyyə şirkətlərinin İranın Mərkəzi Bankı və müəyyən maliyyə şirkətləri ilə əməkdaşlığı barəsindədir. Sanksiyaların 5-ci və 6-cı maddələrində sığorta şirkətləri vasitəsi ilə İranın enerji sektorunda müəyyən məhdudiyyətlərin yaradılması nəzərdə tutulur.

Britaniya mediasının yaydığı məlumata görə, ötən gün yeni sanksiyaların tətbiqi ilə əlaqədar minlərlə iranlı "Amerikaya ölüm" şüarı ilə küçələrə çıxıb. Onlar ABŞ-la danışıqlardan birmənalı olaraq imtina edilməsini tələb ediblər.

Bundan başqa, sanksiyaların ikinci mərhələsinə start verilməsi ilə əlaqədar olaraq ötən gün İran hərbi qüvvələri güc nümayişi məqsədilə hərbi təlimlərə start verib.

549
Teqlər:
güzəşt, Sanksiya, Mayk Pompeo, İran, ABŞ
Əlaqədar
Politoloq: “İran gec-tez güzəştə getməyə məcbur qalacaq”
İran ABŞ-a qarşı çıxdı, bu qərar neft bazarına təsir edəcək
Azərbaycan, Türkiyə və İran arasında mühüm anlaşmalar əldə olunub
Vaşinqton İran məsələsində geri çəkildi: 8 ölkəyə güzəşt olunacaq
İran ABŞ-ın "buxovundan" qurtulmaq üçün radikal addım atmaq istəyir
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı
ABŞ bayrağı, arxiv şəkli

Bütün dövrlərin ən pis ili - Time açıqladı

14
(Yenilənib 22:52 05.12.2020)
Məqalə müəllifi eyni zamanda qeyd edir ki, ABŞ-ın, eləcə də dünyanın tarixində 2020-ci ildən də pis illər olub, amma bunlar çox qədimdə olub, yəni Böyük depressiya, qrip pandemiyası, dünya müharibələrini görmüş insanlar elə də çox deyil.

BAKI, 5 dekabr - Sputnik. Amerikanın Time jurnalı indi yaşayan insanlar üçün tarixin ən pis ilinin 2020 olduğunu yazıb. Jurnal 2020-ci ili iki dünya müharibəsi illəri və ispan qripinin yayıldığı 1918-ci illə müqayisə edib.

Jurnalın yeni sayının üz qabığındakı iri şriftlə dərc olunmuş 2020 rəqəminin üzərindən qırmızı rəngli çarpaz xətlər çəkilib. Aşağıda isə "bütün illərdən ən pisi" yazılıb. 

​Eyniadlı məqaləni Time jurnalı üçün kino tənqidçisi Stefani Zaçarek yazb. Onun sözlərinə görə, indi yaşayanların əksəriyyəti hələ belə "dəhşətli il"lə rastlaşmayıb. 

"Bizim çoxumuz buna hazır deyildik: nə təbiətə nə dərəcədə xəyanət etdiyimizi sübut edən təbii fəlakətlərə, nə fantaziyalara söykənən seçkilərə, nə də planetin bütün insanlarının həyatını alt-üst edən, 1,5 milyon adamın ölümünə bais olan yarasadan törəmiş virusa", - Zaçarek yazıb. 

Məqalə müəllifi eyni zamanda qeyd edir ki, ABŞ-ın, eləcə də dünyanın tarixində 2020-ci ildən də pis illər olub, amma bunlar çox qədimdə olub, yəni Böyük depressiya, qrip pandemiyası, dünya müharibələrini görmüş insanlar elə də çox deyil.

14
Teqlər:
2020, jurnal, Time
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

0
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

0
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq