Məhkəmə hakiminin çəkici. Arxiv şəkli

Məşhur bisnesmen barəsində həbs qərarı çıxarıldı, ölkəyə qayıdan kimi saxlanılacaq

249
(Yenilənib 14:32 05.11.2018)
Onun ABŞ-da hazırda həbsdə olub-olmamasına dair bu ölkənin müvafiq qurumlarına sorğu göndəriləcək

BAKI, 5 noyabr — Sputnik. Türkiyə məhkəməsi tərəfindən, hazırda ABŞ-da barəsində məhkəmə araşdırılması aparılan, Azərbaycan əsilli, Türkiyə və İran vətəndaşı olan Rza Zərrabın haqqında həbs qərarı çıxarılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Beykozdakı malikanəsini inşa etdirərkən, mədəniyyət əbidələri və ətraf mühitə ziyan vurmaqda ittiham olunur. Nəticədə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, Türkiyəyə daxil olan kimi göz altına alınacaq.

Rza Zərrab
© AP Photo / Depo Photos
Rza Zərrab

Məhkəmədə tərəflər iştirak etməyib. Hakim Seyda Kibar Yıldırım, Rza Zərrabın ABŞ-da hazırda həbsdə olub-olmamasına dair bu ölkənin Xarici İşlər və Ədliyyə nazirliklərinə sorğu göndərilməsi təlimatını verib.

Qeyd edək ki, R.Zərrab "Xalqbank"-ın keçmiş direktor müavini Hakan Atilla ilə birlikdə ABŞ-da saxlanılmışdı. Məhkəmə prosesində Zərrab "etirafçı" olmağı seçmişdi. Atilla həbs edildikdən sonra Zərrabın da hüquqi statusu müəyyən edilmişdi. Belə ki, Zərrab Nyu-Yorkda "həbs edilmiş şahid" qismində ABŞ Federal Həbsxanalar bürosunun qruplarının nəzarəti altına alınmışdı.

249
Teqlər:
ABŞ, məhkəmə, Türkiyə
Əlaqədar
Ailəsi Türkiyəni qəfil tərk edib: Rza Zərrab işində müəmmalı məqam
Rza Zərrabın "başının altından" yeni gizlinlər çıxdı
Rza Zərraba daha bir zərbə vuruldu
Rza Zərrabın aparıldığı yer məlum oldu