Hindistanda hündürlüyünə görə dünyanın ikinci heykəli ucaldılacaq

© AP Photo / Ajit SolankiHindistandakı Birlik heykəli, arxiv şəkli
Hindistandakı Birlik heykəli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sarayyu çayının sahilində ucaldılacaq heykəlin hündürlüyü 151 metr olacaq

BAKI, 4 noyabr — Sputnik. Hindistanın Uttar-Pradeş ştatının rəhbərliyi dünyanın ikinci ən hündür heykəlini ucaltmaq fikrindədirlər.

Sputnik Azərbaycan xəbər verir ki, Ayodhya şəhərində tanrı Ramanın heykəli ucaldılacaq. 

"Heç kim bizə Ayodhyada tanrı Ramanın heykəlini ucaltmağa mane ola bilməz. Görək, kimsə bunu etməyə cürət edəcək? Ayodhya tanrı Ramaya məxsusdur", — deyə ştatın birinci nazirinin müavini Keşav Prasad Maurya bildirib.

Onun sözlərinə görə, Sarayyu çayının sahilində ucaldılacaq heykəlin hündürlüyü 151 metr olacaq. Beləliklə, həmin heykəl hündürlüyünə görə dünyada ikinci olmalıdır. Hazırda dünyanın ən hündür abidəsi Hindistanın milli azadlıq hərəkatının xadimi Vallabhai Patelə həsr olunmuş Birlik heykəlidir. Heykəl ötən həftə ölkənin Qucarat ştatında açılıb.

Xəbər lenti
0