ABŞ prezidenti Donald Tramp

Tramp: "Onları ABŞ-a buraxa bilmərik"

92
(Yenilənib 13:37 02.11.2018)
Dünyada milyardarla insan aclıqdan əziyyət çəkir, ABŞ-dan belə şəxslərin hamısına qucaq açılacağı gözlənilməməlidir"

BAKI, 2 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Meksik ilə sərhəddə şiddət, zorakılıq törədən qaçqınlara qarşı radikal tədbirlər görəcəklərini bəyan edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, o, bu gün Ağ Evdə keçirdiyi mətbuat konfransında belə açıqlama verib.

Tramp Meksika ilə Qvatemala sərhədində qaçqınlar tərəfindən polislərin daş atəşinə tutulduğunu, bir polisin dünyasını dəyişdiyini diqqətə çatdırıb: "Ümid edirəm ki, bu cür hadisələr burada təkrarlanmaz. Bu hadisə ABŞ-Meksika sərhədində təkrarlanarsa, o zaman tərəfimizdən daha radikal addımlar atılacaq".

Prezident aclıq və səfalət səbəbindən Amerikaya üz tutan qaçqınların burada sığınacaq almayacaqlarını vurğulayıb: "Dünyada milyardarla insan aclıqdan əziyyət çəkir. ABŞ-dan belə şəxslərin hamısına qucaq açılacağı gözlənilməməlidir".

Qeyd edək ki, hazırda ABŞ-a doğru irəliləyən "karvan"da 1500-dən artıq qaçqın var. Honduras, El Salvador, Qvatemaladan gələn qaçqınların hədəfi ABŞ-da sığınacaq almaqdır.

92
Teqlər:
sərhəd, qaçqın, ABŞ, Donald Tramp
Əlaqədar
Rusiya ABŞ-ı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib
ABŞ tarixində bir ilk gözlənilir, diqqətlər yenə Trampda
ABŞ-dan təhdid mesajı: Türkiyə üçün üzücü qərar olacaq