ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo

ABŞ-dan təhdid mesajı: Türkiyə üçün üzücü qərar olacaq

911
(Yenilənib 11:31 02.11.2018)
Dövlət katibi, həmçinin əlavə edib ki, Ərdoğan ABŞ, Avropa və NATO ilə daha dərin münasibətlər qurmalıdır

BAKI, 2 noyabr — Sputnik. Birləşmiş Ştatlar ümid edir ki, Türkiyə NATO-dan çıxmayacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo "Tony Katz Today" radio verilişinə müsahibəsində bildirib.

"Ümid edirəm ki, Türkiyə Alyansdan çıxmayacaq. Əks halda, bu, NATO, ABŞ və Türkiyə xalqı üçün üzücü qərar olacaq" - deyə Pompeo "Türkiyənin NATO-dakı gələcəyi təhlükə altındadırmı?" sualını cavablandırarkən bildirib.

Pompeo bəyan edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə Türkiyə ilə münasibətlər mürəkkəb dövrdən keçir: "Lakin elə məsələlər var ki, biz real nailiyyətlər əldə etmişik".

Dövlət katibinin fikrincə, Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan anlayacaq ki, Birləşmiş Ştatlar İrandan daha yaxşı tərəfdaşdır: "Ərdoğan ABŞ, Avropa və NATO ilə daha dərin münasibətlər qurmalıdır".

911
Teqlər:
İran, Türkiyə, Mayk Pompeo, ABŞ
Əlaqədar
ABŞ xristian terrorçunu edam edə bilər
ABŞ Meksika ilə sərhədə qoşun göndərir
ABŞ tarixində bir ilk gözlənilir, diqqətlər yenə Trampda
Mayk Pompeo ABŞ-ın yeni dövlət katibi oldu
Rusiya ABŞ-ı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib