Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan, Yerevan, 21 may 2018-ci il

Ermənistan parlamentsiz qaldı

77
(Yenilənib 22:02 01.11.2018)
Armen Sarkisyan qərarı Ermənistan Konstitusiyasının 92 və 93 maddələrini, eləcə də 149-cu maddənin 3-cü hissəsini nəzərə almaqla qəbul edib

BAKI, 1 noyabr - Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan cümə axşamı parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin 9 dekabr tarixinə təyin edilməsi barədə fərman imzalayıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilsin. Fərman dərc olunduğu gündən qüvvəyə minir" - deyə mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir.

Armen Sarkisyan qərarı Ermənistan Konstitusiyasının 92 və 93 maddələrini, eləcə də 149-cu maddənin 3-cü hissəsini nəzərə almaqla qəbul edib.

Xatırladaq ki, Ermənistan parlamenti bu gün keçirilən iclasında yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib. Ölkə qanunlarına əsasən, parlament iki dəfə baş naziri seçə bilməzsə buraxılır. Birinci seçki oktyabrın 24-də keçirilib. Odur ki, bu dəfə də seçki baş tutmadığından Ermənistan parlamenti buraxılır.

77
Teqlər:
seçkilər, Nikol Paşinyan, Armen Sarkisyan, Parlament, Ermənistan
Əlaqədar
Ermənistan - Azərbaycan sərhədindəki kəndlər boşaldılır - VİDEO
Ermənistanda əhalinin sayı kəskin azalıb
Ermənistanda yeni böhran din sahəsində yaşanır
Ermənistan hərbçiləri cəbhədə gərginlik yaradıblar
Ermənistanda seçkilərin vaxtı bilindi
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Moskva Qarabağa dair qurulacaq Mərkəz barədə: "Türkiyə hərbçilərinin sayı..."

46
(Yenilənib 17:58 01.12.2020)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub.

BAKI, 1 dekabr — Sputnik. Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzə dair razılığa gəlib. Mərkəzdə hər iki ölkədən olan hərbçilərin sayı bərabər olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri general-mayor İqor Konaşenikov bildirib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələrin başa çatdığını və tərəflər arasında anlaşma imzalandığını bildirib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

46
Çak Norris, arxiv şəkli

"Qarabağ, sən indi xoşbəxtsən" - amerikalı aktyor Azərbaycanı təbrik etdi

21
(Yenilənib 17:22 01.12.2020)
Norris açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib. Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

BAKI, 1 dekabr — Sputnik. Məşhur amerikalı aktyor, film rejissoru və ssenaristi Çak Norris Qarabağla bağlı danışıb.

O, açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib.

Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

Məlumat üçün bildirək ki, Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.

Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-da onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-da fəal təbliğatından ibarətdir. O, bundan başqa, ondan artıq filmdə rol alıb.

21

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0