Площадь Республики (22 апреля 2018). Ереван

Ermənistanda yeni böhran din sahəsində yaşanır

28
(Yenilənib 00:24 01.11.2018)
Bir qrup nümayişçi bütün ermənilərin katolikosunun dəftərxanasına girməyə cəhd göstərib

BAKI, 1 noyabr — Sputnik. Bütün ermənilərin katolikosu II Qaregindən istefaya getməsini tələb edən bir qrup nümayişçi onun Eçmiədzindəki dəftərxanasına soxulmağa cəhd göstərib.

“Report” xəbər verir ki, bina ətrafında keşik çəkən polislərin onların qarşısını almasına baxmayaraq, etirazçılar katolikosa qarşı şüarlar səsləndirirlər.

Qeyd edək ki, II Qareginin vəzifəsindən istefa verməsi tələbi ilə etirazlar iyun ayından başlayıb.

28