İtaliyada yanğın

Yanğın parklanma yerinə on milyonlarla dollar ziyan vurub

37
(Yenilənib 01:39 01.11.2018)
Lüks avtomobillər ilə yanaşı, parklamada adi maşınlar və sərnişin daşıyan avtomobillər də yararsız hala düşüb

BAKI, 1 noyabr — Sputnik. İtaliyanın Savona şəhərində dünən gecə saatlarında yanğın baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın parklamada baş verib. Nəticədə parklamada saxlanılan bir neçə yüz "Maserati" markalı bahalı avtomobili yanaraq yararsız hala düşüb. Burada neçə avtomobilin yanması haqqında dəqiq məlumat yoxdur. Yanğınsöndürənlərin sözünə görə, yanan avtomobillərin sayı mindən çoxdur. Dəymiş zərər on milyonlarla dollarla ölçülür.

Lüks avtomobillər ilə yanaşı, parklamada adi maşınlar və sərnişin daşıyan avtomobillər də yararsız hala düşüb.

 

37
Politoloq Fikrət Sadıxov

Politoloq: “Şablona çevrilən izahatlar reallığı əks etdirmir”

16
(Yenilənib 12:37 04.08.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır
Fikrət Sadıxov: “Bu, Qərblə İranın münasibətlərinin nəticəsidir”

Oman körfəzində İsrail şirkətinə məxsus neft daşıyan tankerin hücuma məruz qalmasında İran günahlandırılır. Arıq bir çox Qərb dövlətləri bununla bağlı İran hökumətini sərt tənqid edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu cür hallar ilk dəfə deyil ki yaşanır və bu, Qərblə İranın münasibətlərinin nəticəsidir: “Ola bilsin ki, belə bir hadisənin baş verməsində İranın da əli və maraqları var. Ancaq şablona çevrilən izahatlar reallığı əks etdirmir. Əgər bunu İran edibsə, boynuna götürməlidir, kimdən çəkinməlidir axı?! Aydındır ki, tərəflər arasında qarşıdurma gedir. İsraili də başa düşmək olar. İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Nikol Paşinyan, arxiv şəkli

Nikol Paşinyan onun istefasını tələb edən generalı işdən qovub

4924
(Yenilənib 11:48 04.08.2021)
Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.

BAKI, 4 avqust - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu ölkənin Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazryan Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən yüksək vəzifəli hərbçilərdən biridir.

E.Kazryan bildirib ki, A.Sarqsyan 2021-ci il mayın 4-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı, iyunun 24-də Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyanı, Silahlı Qüvvələrin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor İşxan Matosyanı, iyulun 7-də isə general-mayor 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturovu (KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu) Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarıb.

E.Kazryan vurğulayıb ki, həmin generalların hamısı N.Paşinyanın istefasını tələb edən bəyanatı imzalamışdılar.

Paşinyan yenidən Ermənistanın baş naziridir

Qeyd edək ki, avqustun 2-də Ermənistan parlamentində çoxluğu təşkil edən "Vətəndaş müqaviləsi" fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın hökumət başçısı vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.

Sputnik Ermənistan-ın verdiyi məlumata əsasən, fraksiyanın katibi Nazeni Baqdasaryan parlament çoxluğunun qərarını özünün "Facebook" səhifəsində paylaşıb.

Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir. Nazirlər Kabineti isə Baş nazir təsdiq olunduqdan sonrakı 15 gün ərzində təşkil edilir.

Ermənistan prezidenti Armen Sarkisyan N.Paşinyanın ölkənin baş naziri təyin olunması haqda sərəncam imzalayıb.

Ermənistanda parlament seçkiləri

İyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" 71, "Hayastan" bloku (Robert Koçaryan başçılıq edir) 29, "Şərəfim var" bloku (Serj Sarqsyan rəhbərlkik edir) 7 yer qazanıb.

Deputat mandatından imtinalar
Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.

Mandatdan imtina edən 16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.

Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Köçəryan, digəri Marianna Yepremyandır. Parlamentdə yer qazanmış "Şərəfim var" blokundan heç kim deputat mandatından imtina etməyib.

Həmçinin oxuyun:

* Paşinyan və Koçaryan deputat mandatından imtina ediblər

* Ermənistanda kadr problemi: Paşinyan bir nəfəri vəzifədən çıxarıb o birinə təyin edir

Paşinyan dalana dirənib – nazir qoymağa adam tapmır

4924
Здание Администрации президента Азербайджанской Республики

Azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub

0
(Yenilənib 19:30 04.08.2021)
Bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

BAKI, 4 avqust - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Həmçinin oxuyun:

İşğaldan azad edilmiş ərazilərdəki ekoloji durum müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olunub

İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub

0