Anasının ölümü kolumbiyalını sağalmaz xəstəliyə düçar edib - VİDEO

Abunə olmaq
Hazırda Ramirez cinsiyyət orqanını kəsdirməyi düşünür.

BAKI, 1 noyabr — Sputnik. 22 yaşlı kolumbiyalı gənc skeletə bənzəmək üçün qulaq və burnunu kəsdirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, anasının ölümündən sonra depressiyaya düşən Erik Yeiner Hincapie Ramirez özünü ölən anasına bənzətmək üçün əvvəlcə qulaqlarını və burnunu kəsdirib. İndi isə cinsiyyət orqanını kəsdirəcək.

Gənc bu əməliyyatları iki il müddətində keçirib. O əvvəlcə anasının üzünün şəklini kürəyinə döydürüb. Daha sonra döymə ustası gəncin burunun ucunu və qulaqlarını kəsib.

"Hamımız eyniyik. Qız və ya kişi, yaşlı və ya gənc olmağımız fərq etmir. Hər zaman eyniyik. Bir skeletik" — deyə Ramirez danışır.

Hazırda Ramirez cinsiyyət orqanını kəsdirməyi düşünür. O hesab edir ki, bundan sonra tamamilə skeletə bənzəyək.

"Yerin iki metr altında basdırılmaq istəyirəm. Özümü ölülərin yanında imişəm kimi hiss etmək istəyirəm. Sakit, hüzur içində, acı çəkmədən" — deyə gənc bildirib.

Xəbər lenti
0