Türk qırıcısı, arxiv şəkli

Türkiyədə dəhşətli terrorun qarşısı alınıb

370
(Yenilənib 12:55 31.10.2018)
Oktyabrın 30-31-i tarixlərində keçirilən əməliyyatlar zamanı Türkiyə hərbi bazalarına hücum etməyi planlaşdıran 11 terrorçu zərərsizləşdirilib

BAKI, 31 oktyabr — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr PKK terrorçularının obyektlərinə zərbələr endirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, aviazərbələr ölkənin Şırnak vilayəti, o cümlədən İraqın şimalındakı Qara, Zap və Metina vilayətlərinə endirilib.

Bildirilir ki, 30-31 oktyabr tarixlərində keçirilən əməliyyatlar zamanı Türkiyə hərbi bazalarına hücum etməyi planlaşdıran 11 terrorçu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus anbar və sığınacaqlar da məhv edilib.

370
Teqlər:
terror, PKK, Türkiyə
Əlaqədar
Türk təyyarələri PKK anbarını yerlə bir etdi
ABŞ PKK-nı qınadı, Türkiyə şoka düşdü
PKK-ya ağır zərbə endirilib
Dəmirtaş “PKK təbliğatçısı” elan edildi və həbs olundu