Cef Bezos

İki günə 19,2 milyard dollar itirdi

31
(Yenilənib 20:18 30.10.2018)
Hazırda NASDAQ birjasında "Amazon" şirkətinin səhmlərinin biri 1538,9 dollara satılır

BAKI, 31 oktyabr — Sputnik. "Amazon"un sahibi Cef Bezos şirkətin səhmlərinin aşağı düşməsi ilə bağlı iki günə 19,2 milyard dollar itirib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bununla da o "Facebook" şirkətinin rəhbəri Mark Zukerberqə məxsus olan rekordu yeniləyib.

Belə ki, "Amazon"un səhmləri NASDAQ birjasında oktyabrın 26-ı 7,8%, oktyabrın 29-ü isə daha 6,3% azalıb. Düşüşü iki həftəlik fasilə də səngitməyib.

Analitiklərin səhmlərinin qiymətinin aşağı düşməsini şirkətin üçüncü rüb üzrə hesabatı ilə əlaqələndirib. Belə ki, hesabata əsasən şirkət 56,6 milyard dollar əldə edib ki, bu da proqnozlaşdırılan məbləğdən 0,5 milyard azdır. Hazırda NASDAQ birjasında "Amazon" şirkətinin səhmlərinin biri 1538,9 dollara satılır.

31
Teqlər:
səhm, milyarder, milyard, Cef Bezos, Amazon
Əlaqədar
Dünyada indiyədək mövcud olmuş ən varlı adamın adı açıqlandı
Dünyanın ən varlı adamı
Rusiyanın ən varlı ailələrinin adları açıqlandı
ABŞ-ın ən varlı adamı dəyişdi – 160 milyard dollar
Dünyanın ən varlı adamı görün kim oldu, Bill Geyts geridə qaldı
ABŞ-da vəziyyət, arxiv şəkli

ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir

1
(Yenilənib 16:36 27.05.2020)
Mayın 25-i ərzaq mağazasının qarşısında guya saxta çeklə ödəniş edən şəxs həbs olunub. Polislər onu zorla avtomobildən çıxararaq asfalta uzadıblar. Onlardan biri şəxsi dizi ilə sıxıb. Adam xəstəxanada keçinib

BAKI, 27 may — Sputnik. ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində qaradərili şəxsin ölümündən sonra üsyan başlayıb. Sputnik Azərbaycan "ABC News"a istinadən xəbər verir ki,  həbs olunan zaman həmin şəxsə qarşı polis tərəfindən güc tətbiq olunub.

Belə ki, hüquq-mühafizə orqanları əməkdaşlarının işlədiyi polis bölməsinin qarşısında yüzlərlə insan toplaşıb. Onlara əraziyə avtomobillə gələn şəxslər də dəstək veriblər. Etirazçılar polis bölməsinin şüşələrini sındırıblar. Onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qaz və işıq-səs qumbaralarından istifadə olunub.

Qeyd edək ki, mayın 25-i ərzaq mağazasının qarşısında guya saxta çeklə ödəniş edən şəxs həbs olunub. Polislər onu zorla avtomobildən çıxararaq asfalta uzadıblar. Onlardan biri şəxsi dizi ilə sıxmağa başlayır. Bu zaman qaradərili şəxs nəfəs ala bilmədiyini bildirib. O, dərhal xəstəxanaya çatdırılıb, lakin orada vəfat edib.

Daha sonra məlum olub ki, ölən şəxsin səhhətində problem olub. Onun polislər tərəfindən saxlanılması videosu sosial şəbəkələrdə yayılıb. Ölən şəxs 46 yaşlı mühafizəçi Corc Floyd olub. Floydun yaxınları və dostları onun məsuliyyətli vətəndaş olduğunu bildiriblər.

1
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Gürcüstandan bəd, Ermənistandan isə daha betər xəbər gəldi

42
(Yenilənib 13:38 27.05.2020)
Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 98-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3255-ə çatıb

BAKI, 27 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 7774-ə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 372 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 98-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3255-ə çatıb. Hazırda Ermənistanda 4377 nəfər virusdan müalicə alır.

Qonşu Gürcüstanda isə son sutka ərzində 3 nəfərdə virus təsbit olunub, bununla da ölkədə koronavirus aşkarlanan şəxslərin sayı 735-ə çatıb. Gürcüstanda COVID-19-dan 557 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3076, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu keçib, 350 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

42
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır – ekspert
Koronavirusla bağlı Avropadan daha bir qərar
Baş nazir karantin rejimi elan edib dostları ilə piknikə getdi
Koronavirusdan ölənlərin sayı psixoloji həddi keçdi
Rusiyada onların sayını artıq üçrəqəmli ədədlə ifadə edirlər