Donald Tramp və Hillari Klinton

ABŞ tarixində bir ilk gözlənilir, diqqətlər yenə Trampda

9712
(Yenilənib 11:59 30.10.2018)
Birləşmiş Ştatlarda bir seçkidə məğlub olan şəxsin ikinci dəfə yenidən prezidentliyə namizəd olması kimi bir fakt qeydə alınmayıb

BAKI, 30 oktyabr — Sputnik. Birləşmiş Ştatların sabiq dövlət katibi, prezidentliyə keçmiş namizəd Hillari Klinton 2020-ci ildə ölkə prezidenti postuna yenidən namizəd olacağını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Klinton "Recode" informasiya resursuna müsahibəsində deyib.

"Mən prezident olmaq istəyərdim. Hesab edirəm ki, bizim görüləsi çox işlərimiz var. Ümid edirəm ki, 2021-ci ilin yanvarında Oval kabinetdə bir demokrat əyləşəcək" - deyə Klinton bildirib.

Xanım siyasətçi, həmçinin vurğulayıb ki, 2021-ci ilin yanvarında Ağ Evə demokratın gəlməsi üçün əlindən gələni edəcək.

ABŞ prezidenti Donald Trampın bu bəyanata cavabı da özünü çox gözlətməyib. Tramp bəyan edib ki, 2020-ci ildə keçiriləcək seçkilərdə ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonla mübarizə aparmaq istəyər.

"O, mənim xoşuma gəlir. Onların hamısı (Demokratlar Partiyasından olan namizədlər) mənim xoşuma gəlir. Mən mübarizə aparmaq istəmədiyim heç kəsi görmürəm" - deyə Tramp diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2017-cü ildə də bu barədə açıqlama verib. O, bəyan edib ki, 2016-cı ildə prezident seçkilərində qalib gəldiyi Hillari Klinton 2020-ci il seçkilərində yenidən öz namizədliyini irəli sürərsə, onunla mübarizəyə hazırdır.

Xatırladaq ki, Tramp 2016-cı ilin noyabrında keçirilən prezident seçkilərində rəqibi Hillari Klinton üzərində qələbə qazanıb. O, Seçicilər Kollegiyasının 304 səsini, Klinton isə 227-ni toplayıb. Qələbə üçün namizəd, ən azı 270 səs toplamalı idi.

Bu arada, onu da qeyd etmək lazımdır ki, ABŞ tarixində indiyədək bir seçkidə məğlub olan şəxsin ikinci dəfə yenidən prezidentliyə namizəd olması kimi bir fakt qeydə alınmayıb. Yəni, H.Klinton yenidən prezidentlik uğrunda mübarizəyə başlayarsa, bu, ölkə tarixində bir ilk olacaq.

9712
Teqlər:
namizəd, prezident, ABŞ, Donald Tramp, Hillari Klinton
Əlaqədar
Yeni iddia: ABŞ hücuma keçəcək, sülh pozulacaq
Rusiya ABŞ-ı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib
Tramp Klintonu geridə qoydu