Бакинский приморский бульвар

Bütöv qitədə yay-qış vaxtına keçid ləğv olunacaq

74
(Yenilənib 08:51 30.10.2018)
Avropada yay-qış vaxtına keçidin ləğvi 2021-ci ildən sonra olacaq

BAKI, 30 oktyabr — Sputnik. Avropada yay-qış vaxtına keçidin ləğv edilməsi ən tez 2021-ci ildən sonra mümkün olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Avstriyanın Qrats şəhərində Aİ ölkələri nəqliyyat və ekologiya nazirlərinin qeyri-formal toplantısında qəbul olunub.

Avropa Komissiyasının təklifi əsasında müzakirəyə çıxarılan məsələdə üzv ölkələrin nazirləri ümum-Avropa qərarına nail ola bilmək üçün koordinator təyin edilməsi qərarına gəliblər. Qarşıda duran əsas hədəf yay-qış vaxtına keçidin ləğvi baş tutarsa, bu qərarın bütün üzv ölkələr tərəfindən icra edilməsinə nail olmaqdır. Əks halda, yaranacaq xaos həm iqtisadi, həm də loqistik problemlərə yol aça bilər.

Yay-qış vaxtına keçidin ləğvi ilə bağlı hərəkət planı nazirlərin dekabrda keçiriləcək rəsmi zirvə toplantısında qəbul ediləcək.

74
Əlaqədar
Hovuz ətrafında yay istisi: "Yer gözəli" iştirakçılarının fotosessiyası
Avropada ancaq yay olacaq – VİDEO
Azərbaycanda yay turizminin inkişaf səviyyəsi qaneedicidirmi?
Yay Azərbaycana geri qayıdır
Cocuq Mərcanlıdan olan uşaqlar üçün Göygöldə yay məktəbi təşkil olunub