Türk əsgəri, arxiv şəkli

Sakinlər terrordan sonra bu ərazini 25 ildir gecə-gündüz qorunur

49
(Yenilənib 23:18 29.10.2018)
Məhəllədə 97 könüllü buranı 24 saat növbə ilə mühafizə edir

BAKI, 29 oktyabr — Sputnik. PKK terror təşkilatı 1993-cü ildə Ərzurumun Çat ilçəsinin Yavi məhəlləsində 5-i uşaq olmaq ilə 33 vətəndaşı öldürüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, yavililər həmin gecədən sonra 25 ildir hər gün növbə ilə məhəlləni mühafizə edirlər. Həmin gecə kimisi  atasını, həyat yoldaşını, kimisi isə  nişanlısını itirib. Məhəllədə 97 könüllü buranı 24 saat növbə ilə mühafizə edir. 

Həmin gecə kafedə Hacı və Rasim Yavilioğlunu itirən Sahil Yavilioğlu bu barədə danışıb: “Kafemiz terrordan 5 il sonraya kimi bağlı qaldı. Kəndlilərin israrı ilə yenidən açdıq və 1998-ci ildə market elədik. İki qardaşımı və həmyerlilərimi itirdim. Onları heç vaxt unuda bilmərəm. Bu əraziləri daima qoruyacağıq”.

49