Самолет авиакомпании Lion Air

Müsəlman ölkəsində 189 nəfərin faciəli şəkildə həlak olduğu an VİDEO

797
(Yenilənib 11:14 29.10.2018)
Təyyarə hava qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib

BAKI, 29 oktyabr — Sputnik. Bu gün səhər saatlarında İndoneziyanın Yava adası sahillərində "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə heyət üzvü də daxil olmaqla 189 nəfər olub. Onların hamsının öldüyü bildirilir.

Qeyd edək ki, Cakartadan Pankalpinanq şəhərinə uçan təyyarə, hava qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib. Təyyarə Yava adasının qərb sahillərində dənizə düşüb.

​İndoneziyada Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Şuranın nümayəndəsi Sutopo Purvo Nuqroho öz rəsmi "Twitter" səhifəsində "Boeing 737" təyyarəsinin qəzaya uğradığı yerdən video paylaşıb:

797
Teqlər:
qəza, təyyarə, İndoneziya
Əlaqədar
ABŞ hərbi təyyarəsi qəzaya uğradı: Ən azı 11 ölü
Təyyarə iki metr hündürlükdən uçdu – VİDEO
Moskva səmasında iki təyyarə toqquşub
Təyyarə qəzaya uğradı, avtomobil yoluna düşdü
Təyyarə avtomobil yoluna endi — VİDEO