Вид на город Тбилиси

Gürcüstanda prezident seçkiləri keçirilir

84
İlk dəfə olaraq Gürcstanda prezident seçkilərində hakim partiya öz namizədini irəli sürməyib

BAKI, 28 oktyabr - Sputnik. Gürcüstanda prezident seçkilərində səsvermə keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, seçicilər 23 namizəddən birini prezident seçməlidirlər. Daha iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliklərini geri çəkiblər. Lakin onların adları səsvermə bülletenlərində qalır. Gürcüstanda təxminən 3 milyon 500 min seçici var.

Ekspertlərin fikrincə, əsas mübarizə keçmiş xarici işləri nazirləri arasında gedəcək. Söhbət müstəqil namizəd Salome Zurabişvili, "Vahid milli birlik" blokundan Qriqol Vaşadze və "Avropa Gürcüstanı - Azadlıq uğrunda mübarizə" Hərəkatının namizədi David Bakradzedən gedir.

Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək. 2024-cü ildən etibarən gürcüstanlı seçicilər prezidenti birbaşa seçməyəcəklər. Onlar ABŞ-dakı kimi prezidenti seçmək hüququna malik şəxsləri seçəcəklər.

Gürcüstandakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində də üç seçki məntəqəsi açılıb.

84
Teqlər:
Seçici, Prezident seçkiləri, Gürcüstan
Əlaqədar
Tramp 74 yaşında yenidən namizəd olacaq
Libermanın səfərində sirr pərdəsi: İsrailli nazir Gürcüstan və Azərbaycanda nədən danışıb?