Qadın hərbçi

Britaniya qadınları müharibəyə göndərmək qərarına gəldi

48
(Yenilənib 19:07 27.10.2018)
Böyük Britaniya ordusu qadın vətəndaşlarına ilk dəfə ağır münaqişələrdə iştirak etmək haqqını tanıyıb

BAKI, 28 oktyabr — Sputnik. Böyük Britaniya ordusu qadın vətəndaşlarına ilk dəfə ağır münaqişələrdə iştirak etmək haqqını tanıyıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, qadınlar artıq ölkə sərhədlərindən kənarda xidmət edən hərbi hava qüvvəsi kimi xüsusi birliklərdə xidmət göstərə biləcəklər.

Böyük Britaniyanın müdafiə naziri Gavinq Villiamson deyib ki, artıq silahlı qüvvələr cinsiyyət olaraq deyil, yalnız istedadlarına bağlı olaraq qiymətləndiriləcək.

Villiamson bildirib ki, qadınlar əslində uzun müddətdir ki, cəbhələrdə fərqli vəzifələr götürüblər: “Əfqanıstan və İraqda kişilərlə bərabər xidmət keçən qadınlar da var. Ancaq əhalinin yarısını bu kimi həyatı vəzifələrdən məhrum etmək, silahlı qüvvələrimiz üçün də mənfi olacaq”.

ABŞ, Kanada və İsrail kimi bəzi ölkələrdə qadınlar silahlı qüvvələrdə ağır münaqişələrdə iştirak edə bilirlər. Bundan sonra Böyük Britaniyada da qadınlar artıq ordudakı bütün vəzifələrdə çalışa biləcəklər.

48
Teqlər:
müharibə, qadın, Böyük Britaniya
Əlaqədar
Moskvadan Vaşinqtona çağırış: Artıq əsl müharibəyə başlamaq vaxtıdır
Trampdan Paşinyana "müharibədən uzaq ol, əvəzində mükafatını al" mesajı
Avropanın ürəyində müharibə təhlükəsi, ordu hazırlıq vəziyyətinə gətirildi
Dünya təlatüm qarşısında: Çin və ABŞ yüni müharibə astanasındadırlar

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

43
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

43
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ
Buludlar arasında ay, arxiv şəkli

Dünyanın başına yeni Ay dolanır

21
(Yenilənib 23:34 24.11.2020)
Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır

BAKI, 24 noyabr — Sputnik. Dünyanın ətrafına üç ildir ki, dövr edən miniatür peyk aşkar edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər bu obyekti planetimizin yaxınlığında olarkən aşkar edə biliblər.

Göydəki zəif bir nöqtəni 2020-ci ilin fevralında Arizonadakı "Catalina Sky Survey"dən olan astronomlar görə biliblər. Onlar obyekti "2020 CD3" adlandırıblar. Peykin təbiətini müəyyən etmək dərhal mümkün olmayıb. Əvvəlcə alimlər onun bir qaya parçası, bir peyk və ya raket parçası ola biləcəyini düşünüblər.

Daha sonra kiçik peyk yaxından araşdırılıb, onun təbii mənşəli olduğu qənaətinə gəliblər. Diametri yalnız 1,2 metr olan peyk Günəş sisteminin asteroid qurşağındakı əksər obyektlər kimi silikatlardan ibarətdir.

Tədqiqatçılar onun trayektoriyasını müşahidə edərək, müəyyən ediblər ki, peyk Yerin orbitində 2,7 il əvvəl görünüb. Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır. "2020 CD3" həqiqi Aya çox yaxın uçub və bu onu daha sabit bir orbitə çıxarıb.

2020-ci ilin martında peyk Yer kürəsinin yaxınlığını tərk edib. Ancaq elm adamlarının dediyi kimi, Çilidə Vera Rubin Rəsədxanası işə düşdükdən sonra çox sayda belə miniatür obyekt tapa biləcəklər. Ən yaxşı halda, komanda iki-üç ayda bir yeni "mini Ay" kəşf edəcək. Bu tip asteroidlər haqqında çox az şey bilinir və onların Yerin orbitinə yaxınlaşması müşahidə üçün misilsiz imkanlar yaradır.

21
Teqlər:
kosmos, Yer, peyk, Ay
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

75
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

75
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu