Səudiyyə Ərəbistanının koalisiyası dağılır – Malayziya əsgərlərini geri çağırdı

© AFP 2023 / MOHD RASFANMalayziya ordusunun əsgərləri
Malayziya ordusunun əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasına daxil olan Malayziya hərbi birlikləri paytaxt Ər-Riyaddan ayrılıb

BAKI, 27 oktyabr — Sputnik. Malayziya Səudiyyə Ərəbistandakı əsgərlərini geri çəkdiyini açıqlayıb.

Sputnik Azərbaycan "Ensonhaber"ə istinadla xəbər verir ki, bu barədə Malayziya xarici işlər naziri Seyfüddin Abdulla açıqlama verib.

Nazir Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasına daxil olan Malayziya hərbi birliklərinin paytaxt Ər-Riyaddan ayrıldığını deyib.

Jurnalist Camal Xaşoqqi, arxiv şəkli - Sputnik Azərbaycan
Səudiyyəli baş prokuror Qaşıqçıya görə Türkiyəyə gələcək

Qeyd edək ki, Yəməndə daxili müharibə başlayandan sonra ərəb koalisiyası yaradılmışdı.

Seyfüddin bildirib ki, artıq qoşunlar geri dönüb: “Malayziya hökuməti Yəməndəki hərbi koalisiyanın bir hissəsi olmaq istəmir. Bu barədə hökumət qərar qəbul edib”.

Qeyd edək ki, Malayziya müdafiə naziri Məhəmməd Sabu iyun ayında verdiyi açıqlamada, ölkəsinin Səudiyyə Ərəbistandakı hərbi mövcudluğunu nəzərdən keçirdiklərini bildirmişdi.

Malayziya keçmiş Baş Nazir Nəcib Rezakın hökuməti dövründə Yəməndəki Malayziya vətəndaşlarının evakuasiyasını təmin etmək üçün 2015-ci ildə Səudiyyə Ərəbistanına hərbi qoşun göndərmişdi.

Xəbər lenti
0