Angela Merkel

Almaniyadan Türkiyəyə qarşı düşmən addım

212
(Yenilənib 15:41 27.10.2018)
Almaniyada daxili təhlükəsizlikdən məsul olan Konstitusiyanı Qoruma Təşkilatı FETÖ-nü təhlükəli və təqib ediləcək təşkilat siyahısından çıxarıb

BAKI, 27 oktyabr — Sputnik. Almaniyada daxili təhlükəsizlikdən məsul olan Konstitusiyanı Qoruma Təşkilatı FETÖ-nü təhlükəli və təqib ediləcək təşkilat siyahısından çıxarıb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, bununla kifayətlənməyən Baden Vürtemberq əyalətinin Konstitusiyanı Qoruma Təşkilatı Türkiyəni özlərinə siyasi rəqib gördükləri Rusiya, Çin və İran ilə eyni kateqoriyaya qoyub.

Əyalət təşkilatı dərc etdirdikləri hesabatda qarşı casusluq fəaliyyəti aparırıq ifadələrinə yer verib. Baden Vürtemberq əyalətinin hesabatında federal səviyyədə də eyni fikirlərin olduğu vurğulanıb.

Hesabatda Türkiyənin Almaniyadakı bəzi fəaliyyətləri tənqid edilərkən qarşı casusluq fəaliyyətləri aparıldığı açıq aşkar qeyd edilib. FETÖ-nü izləməyi dayandıran əyalət təşkilatı yerinə Türkiyəni qoyduğunu açıqlayıb.

Hesabatın ən maraqlı hissəsi isə Türkiyə və casusluq fəaliyyətlərinin sonunda yer alıb: "Almaniya Türkiyənin istihbarat qurumu olan MİT-in həmişə maraq dairəsində yer alıb. Bu səbəbdən Baden Vürtemberq əyaləti olaraq bu cür fəaliyyətlərin qarşısını almaq üçün casusluq fəaliyyətləri aparırıq".

212
Teqlər:
qarşıdurma, düşmənçilik, FETÖ, Türkiyə, Almaniya
Əlaqədar
Merkel Ərdoğanı Almaniyaya dəvət etdi - Seçkidən sonra
Almaniyadan gözlənilməz Türkiyə çağırışı: ABŞ-a qarşı müqavimət göstərək
Ərdoğan Almaniyanı qarışdırdı
Ərdoğanın Almaniya səfərində çox maraqlı qarşılanma
Lady Qaqa

Ledi Qaqa büsbütün dəyişdi

10
(Yenilənib 22:51 26.02.2021)
35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.

Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.

10
Oskar mükafatı

Srebrenitsa soyqırımından bəhs edən film "Oscar"a namizəddir - VİDEO

6
"Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb

BAKI, 26 fevral — Sputnik. Bosniyalı rejissor Jasmila Jbanicin Türkiyənin TRT yayımçısı və TRT ilə əməkdaşlığı ilə lentə alınan, Srebrenitsa soyqırımından bəhs edən "Hara gedirsən, Aida?" ("Quo Vadis, Aida?") adlı filmi "Ən yaxşı xarici film" nominasiyasında "Oscar" mükafatına namizəd olub.

Sputnik Azərbaycan "TRT Russian"-a istinadən xəbər verir ki, filmdəki hadisələr Srebrenitsa şəhərindəki BMT bazasında, qadınlar və uşaqlar da daxil olmaqla minlərlə Bosniyalının Serbiya ordusu tərəfindən öldürüldüyü yerlərdə lentə alınıb. Sarayevoda anadan olan Jbanic, Bosniya müharibəsinin izlərini, o günlərin şahidlərinin dilindən təsvir edib. "Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb.

Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda, keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırımı zamanı Serb ordusu ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib.

6
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0