İsrail qırıcı təyyarə,arxiv şəkli

İsrail bütün gecə Qəzzanı vurub

49
(Yenilənib 11:03 27.10.2018)
İsrailin hücumu nəticəsində Qəzzanın şimalındakı xəstəxananın zərər gördüyü açıqlanıb

BAKI, 27 oktyabr — Sputnik. İsrail Qəzzaya hava hücumu həyata keçirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, dünən axşam saatlarında mühasirə altındakı Qəzza zolağından İsrail tərəfə raket atılıb və bu səbəbdən İsrail hava hücumuna başlayıb.

İsrail ordusundan verilən açıqlamada döyüş təyyarələrinin Qəzzada Həmasa məxsus 80 hədəfi vurduğu bildirilib. Açıqlamada bu hücumların Qəzzadan atılan raketlərə cavab olaraq başladığı deyilib.

Açıqlamada bildirilir ki, dünən axşam saatlarından etibarən Qəzzadan İsrail tərəfə 30 raket atılıb və bunlardan 10-nu hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, digər raketlərin bir çoxu da boş ərazilərə düşüb.

Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra açıqlamasında İsrailin hücumu nəticəsində Qəzzanın şimalındakı xəstəxananın zərər gördüyünü bildirib. Hücumu pisləyən Kudra beynəlxalq təşkilatları Qəzzadakı hücumlara qarşı səhiyyə qurumlarını və şəxsi heyəti qorumağa çağırıb.

Qəzzadakı Fələstin səhiyyə mənbələri İsrail bombardmanında indiyədək ölənin olmadığını bildirib.

Qəzzadakı İslami Cihad Hərəkatı isə İsrailin dinc sakinləri qətlə yetirməsinə qarşı müqavimət qruplarının əlləri qolları bağlı qalmayacağını bildirib. İslami Cihad Hərəkatından verilən açıqlamada bildirilib ki, hərəkat dəfələrlə vətəndaşların hədəf alınmaması barədə xəbərdarlıq edib, ancaq işğal gücləri blokada şəraitində insanların həyatı ilə oynamağı davam etdirib.

Qeyd edək ki, Qəzza sərhədində dünən keçirilən aksiyalarda 5 fələstinli İsrail əsgərləri tərəfindən açılan atəş nəticəsində ölüb, 180 fələstinli isə yaralanıb.

49
Teqlər:
bombardman, raket, təyyarə, Qəzza, İsrail
Əlaqədar
İsrailin qorxduğu başına gəldi, "S-300"-lər Suriyada - VİDEO
Vəziyyət bir az da pisləşir: İsrail 13 fələstinlini evindən apardı
Rusiya və İrandan Xəzərdə gözlənilməz gediş - İsrail gizli planı sızdırdı
İsrail Qəzza zolağını vurdu, fələstinlilərin blokadası başladı