Məşhur bloqqer iki stəkan suya 10 min dollar ödədi

Abunə olmaq
Tələbə olduğu üçün işləyən Alaina Kaster öncə gözlərinə inanmadığını deyib

BAKI, 27 oktyabr — Sputnik. “Youtube”də 8 milyon izləyicisi olan məşhur bloqqer atdığı addım ilə hər kəsi təəccübləndirib.

Sputnik Türkiyə xəbər verir ki, məşhur restoranlardan birində iki stəkan su sifariş verən Mr. Beast adlı bloqqer hesabı ödəyərək gedib. Bundan sonra ofisiant qız ona buraxılan bəxşişi görərək heyrətə gəlib. Çünki bloqqer ofisianta 10 min dollar bəxşiş buraxıb.

Tələbə olduğu üçün işləyən Alaina Kaster öncə gözlərinə inanmadığını deyib: “Daha sonra 2 stəkan su üçün verilən “çaypulunu” görəndən sonra anladım ki, 10 min dollar bəxşişdir. Burada mənim kimi bir neçə tələbə çalışır. Bu pulları onlarla birlikdə böləcəyəm”.

Xəbər lenti
0