Səudiyyəli baş prokuror Qaşıqçıya görə Türkiyəyə gələcək

© Photo : Middle East Monitor / Handout via REUTERSJurnalist Camal Xaşoqqi, arxiv şəkli
Jurnalist Camal Xaşoqqi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: "Qaşıqçını öldürənləri Səudiyyə rəsmiləri açıqlayacaq"

BAKI, 27 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanının baş prokuroru bazar günü Türkiyəyə səfər edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / - Sputnik Azərbaycan
Ərdoğan kraldan jurnalistin cəsədinin yerini göstərməyi tələb etdi

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşqçının öldürülməsi ilə bağlı cinayət işindən danışarkən deyib.

Ərdoğan bildirib ki, 18 nəfər Camal Qaşıqçının kimlər tərəfindən öldürüldüyünü bilir: “Cinayətkar bunların içindədir. Əslində cinayətkar bəllidir. Əlimizdə başqa məlumatlar da var. Çox tələsməyin də mənası yoxdur. Qaşıqçını öldürənləri Səudiyyə rəsmiləri açıqlayacaq”.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Xəbər lenti
0