Türkiyə ordusu MİT-ə tapşırıldı

© REUTERS / Umit BektasTürk əsgəri, arxiv şəkli
Türk əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrini də bundan sonra Milli İstihbarat Təşkilatı yoxlayacaq

BAKI, 27 oktyabr — Sputnik. Türkiyədə milli təhlükəsizliyə birbaşa təsir edən strateji qurumların rəhbərləri və onların sərəncamındakı layihələrdə çalışanlar haqqında təhlükəsizlik araşdırmasının aparılması ilə bağlı dəyişiklik edilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, artıq Türkiyə Silahlı Qüvvələrinin personalı da daxil olmaqla bütün qurumların təhlükəsizlik yoxlaması Milli İstihbarat (kəşfiyyat) Təşkilatı (MİT) və ya Polis Baş İdarəsi (EGM) tərəfindən aparılacaq. İstintaq başlamazdan əvvəl isə şəxsin razılığı alınacaq.

"Resmi Qazete"də dərc olunan əsasnaməyə görə, yoxlamalara dair tələblər prezidentə göndəriləcək. Təhlükəsizlik araşdırması ən geci 60 iş günü ərzində başa çatdırılacaq.

Xəbər lenti
0