“Topshop” moda evinin sahibi Filip Qrin

Məşhur milyarder təcavüzdə ittiham edilir

34
(Yenilənib 21:59 26.10.2018)
2 milyard dollar sərvəti olan Filip Qrin isə onun haqqında danışılanların mənasız olduğunu deyib

BAKI, 27 oktyabr — Sputnik. Avropa və ABŞ-da vüsət götürən “təcavüz ittihamı” dəbi daha bir qurbanını tapıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə məşhur “Topshop” moda evinin sahibi Filip Qrin təcavüzdə ittiham edilib.

66 yaşlı iş adamına öz işçilərini zorlamaqla bağlı ittiham irəli sürülüb. “Zorlananlardan” bir neçəsi iddia edib ki, milyarder pulu və vəzifəsindən istifadə edərək etdiyi əməllərə görə hamını susdura bilib.

2 milyard dollar sərvəti olan Filip Qrin isə onun haqqında danışılanların mənasız olduğunu deyib. O, şirkətlərində 20 min şəxsin işlədiyini vurğulayıb: “İşçilərin sıxıntıları ola bilir və biz şirkət rəhbərliyi kimi bu sıxıntılarla maraqlanırıq. Bunun xaricindəki bütün iddialar boş şeydir”.

34
Teqlər:
ittiham, təcavüz, milyarder
Əlaqədar
Qızına 8 il təcavüz edən polis rəisi tutuldu
Hökumət başçısı seksual təcavüzdə ittiham edilir
Məşhur model açıqladı: “Məni zorlayıblar”
Ronaldudan təcavüz məsələsi ilə bağlı sensasion iddia