Mette-Marit

Ölkənin gələcək sahibində sağalmaz xəstəlik tapıldı

164
(Yenilənib 21:15 26.10.2018)
Həkimlər onda ağciyər fibrozunun qeyri-adi formasını aşkarlayıb

BAKI, 27 oktyabr — Sputnik. Norveçin gələcək kraliçası, Norveç taxtının vəliəhd şahzadəsi Haakonun həyat yoldaşında Mette-Marit sağalmaz xəstəlik aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan "BBC News"-a istinadən xəbər verir.

Həkimlər onda ağciyər fibrozunun qeyri-adi formasını aşkarlayıb. Bu xəstəlik zamanı ağciyərdə çapıqlar formalaşır və nəfəsalma prosesi çətinləşir. Diaqnoz erkən mərhələdə qoyulub.

Mette-Marit vurğulayıb ki, gələcəkdə ola bilsin ki, o kral qəbullarında daha az iştirak etsin. Lakin hazırda işindən imtina etmək fikrində deyil: "Mənim məqsədim işləməyi davam etdirmək və mümkün qədər daha çox rəsmi tədbirlərdə iştirak etməkdir".

Qeyd edək ki, daha əvvəl ofisiant işləyən və sabiq həyat yoldaşı – narkotik tacirindən olan qız övladını böyüdən Mette-Marit vəliəhd şahzadə Haakonla 1990-cı illərdə baş tutan musiqi festivallarından birində tanış olub. 2001-ci ildə cütlük evlənib.

164
Teqlər:
şahzadə, xəstəlik, Norveç, kraliça