Şineyd O’Konnor

Xristian müğənni İslamı qəbul etdi: “Fəxr edirəm”

120
(Yenilənib 21:47 26.10.2018)
O’Konnor dinini dəyişdi: “Bütün müqəddəs kitablar İslama aparır”

BAKI, 26 oktyabr — Sputnik. İrlandiyalı müğənni, ötən il adını Maqda Davittə kimi dəyişən Şineyd O’Konnor İslam dinini qəbul edib və azan oxuyub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə müğənni özü Twitter sosial şəbəkəsindəki hesabında məlumat verib. O, katolik dinindən islama keçdiyini bəyan edib.

O’Konnor adını da dəyişdiyini bildirib. Deyib ki, indi onun adı Şühədadır. Bu isə ərəb dilindən tərcümədə "şəhid" deməkdir.

"Fəxr edirəm ki, mən müsəlmanlığı qəbul etmişəm. Bu, istənilən ağıllı ilahiyyatçının yolunun məntiqi sonudur. Bütün müqəddəs kitablar İslama aparır və bu o deməkdir ki, bütün digər dini kitablar artıqdır. Mənim yeni adım Şuhəda Davittdir" - deyə müğənni yazıb.

O, duaya səsləyən azanı oxuduğu videosunu da paylaşıb.

Xatırladaq ki, 2017-ci ilin iyununda həkimlərin bipolyar pozğunluq diaqnozu qoyduğu müğənni haqqında məlumat yayılmışdı ki, o, intihara cəhd edib. O, 2017-ci ilin avqustunda ABŞ-da xəstəxanaya köçürülüb.

Müğənninin əsəb sistemində problemlərin olduğu barədə məlumatlar onun karyerası boyunca dəfələrlə yayılıb. O’Konnor özü də bir neçə dəfə musiqi biznesindən getdiyini bəyan edib.

1990-cu ildə O’Konnor “I do not want what I haven't got” albomuna görə dünyanın məşhur Grammy musiqi mükafatına layiq görülüb.

120
Teqlər:
Grammy Mükafatları mərasimi, İslam, müğənni
Əlaqədar
Məşhur müğənni dünyasını dəyişdi
Azərbaycana oğru kimi gələn əfsanəvi müğənni xəstəxanaya düşdü
Məşhur müğənni azərbaycanlı modelə gül dəstəsi göndərib
Azərbaycanlı müğənni beynəlxalq müsabiqədə "uduzduğunu" toylardan qazanacaq
Müğənni ilk toy gecəsindən danışdı