Şəhərdə yol çöküb və iki qadın dağıntılar altında qalıb — VİDEO

© Sputnik / Mikhail KireyevÇökmüş yol, arxiv şəkli
Çökmüş yol, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onların ayaqları altındakı asfalt çökür və qadınlar asfaltın altına düşürlər

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Diyarbəkr şəhərində müşahidə kameraları asfaltın çökməsi və iki qadının dağıntılar altına necə düşməsini qeydə alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, həmin anların videogörüntülərini DHA özünün YouTube kanalında yerləşdirib.

Kadrlardan da göründüyü kimi qadınlar küçədə söhbət edə-edə gedirlər. Bu zaman onların ayaqları altındakı asfalt çökür və qadınlar asfaltın altına düşürlər.

Hadisənin şahidləri zərərçəkmiş qadınların köməyinə qaçırlar.

KİV-in məlumatına görə, zərərçəkmiş qadınlar xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0