Türkiyədə seçki bülletenləri

Türkiyədə növbəti seçkilərin tarixi elan olundu

38
(Yenilənib 15:41 26.10.2018)
Bu barədə qərar "Rəsmi Gazete"də dərc olunub

BAKI, 26 oktyabr — Sputnik. Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bu barədə qərar "Rəsmi Gazete"də dərc olunub.

Seçkilərdə namizəd olacaq şəxslər üçün son istefa tarixi isə 1 dekabr 2018-ci il olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, qanunvericiliyə görə yerli seçkilər 5 ildən bir keçirilir və mart ayının son bazar günü səsvermə günüdür.

38
Teqlər:
seçki, bələdiyyə, Türkiyə
Əlaqədar
Türkiyə ilə Yunanıstan arasında yer titrəyib
Türkiyə üçün həlledici tarix elan olundu - NATO daxilində həyəcan
Türkiyədə azərbaycanlı həbs edildi