Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərhədi qanunsuz keçmək istəyən 102 nəfər saxlanılıb

© AFP 2023 / TAUSEEF MUSTAFAHindistan Sərhəd qoşunlarında qulluq edən əsgər
Hindistan Sərhəd qoşunlarında qulluq edən əsgər - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunsuz iş gördüyünə və insanları təhlükəyə saldığı üçün  Kənan Ç. və Həmzə Ç. saxlanılıb

BAKI, 26 oktyabr — Sputnik. Balıkesirin Ayvanlık işləsində qanunsuz yollar ilə Yunanıstanın Midilli Adasına Əfqanıstandan köç etmək istəyən 102 nəfər saxlanılıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Aprılan əməliyyat nəticəsində qanunsuz yolla sərhəddi keçmək istəyən şəxslər tutulub. Belə ki, Ayvanlık Adaları Təbiət Parkında meşə ərazisində miqrantların olduğu deyilib. Əməliyyat keçirən polis çox sayda qadın və uşaqların olduğu 102 nəfəri aşkar ediblər.

Araşdırma nəticəsində 30 nəfərlik yük maşınında 102 nəfərin olduğu aşkar edilib. Qanunsuz iş gördüyünə və insanları təhlükəyə saldığı üçün  Kənan Ç. və Həmzə Ç. saxlanılıb.

102 mühacirə isə polis tərəfindən yemək və su verilib. Eyni zamanda tibbi müayinədən keçiriliblər. Bu şəxslərlə bağlı işlər başlanılıb. Araşdırma gedir.

Xəbər lenti
0