ABŞ-ın eks prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp

Amerika cəmiyyəti şokda

148
(Yenilənib 13:10 26.10.2018)
Təhlükəli bağlamalar FBİ-ın laboratoriyasına göndərilib

BAKI, 26 oktyabr — Sputnik. ABŞ-da həftənin əvvəlində başlayan və xüsusilə prezident Donald Trampın əleyhdarlarını hədəf seçən bombalı hücumlar qorxuya səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun (FBİ) rəsmiləri əhaliyə naməlum bombalı hücumlar ola biləcəyi barədə xəbərdarlıq ediblər.

FBİ rəsmiləri açıqlayıblar ki, bu həftə milyarder Corc Sorosa, sabiq prezident Barak Obamaya, vitse-prezident Co Baydenə, keçmiş prezidentliyə namizəd Hillari Klintona və digər tanınmış şəxslərə bombalı paketlər göndərilib və onlar zərərsizləşdirilib. Rəsmilər CNN-ə də bombalı paketin göndərildiyini və zərərsizləşdirildiyini açıqlayıblar.

FBİ rəsmisi Uilyam Sveeney istintaq ilə bağlı çox geniş danışa bilməyəcəyini söyləyib və bombalı paketlərin Floridadan göndərildiyi məlumatını təsdiq etməyib. Sveeney ayrıca paketlərin daxilində olan ağ tozun hər hansı bir zəhərli və ya bioloji maddə olmadığını deyib. Çünki ağ tozun bioloji silah olması ilə bağlı şübhələr var idi.

Paketlərin FBİ-ın laboratoriyasına göndərildiyi və bir-biriləri ilə müqayisə ediləcəkləri açıqlanıb.

Qeyd edək ki, bu həftə ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun xanımı Hillari Klintona göndərilən bağlamada partlayıcı qurğu aşkarlanıb. Partlayıcı qurğu daha əvvəl amerikalı milyarder Corc Sorosa göndərilən partlayıcı qurğuya bənzəyir.

Bundan əlavə, analoji bağlama sabiq prezident Barak Obamaya da göndərilib. Həm Soros, həm də Klinton Nyu-Yorkda şəhər kənarında yaşayırlar. Lakin Klintona göndərilən partlayıcı qurğunun harada tapıldığı açıqlanmır.

148
Teqlər:
paket, bomba, Federal Təhqiqatlar Bürosu, ABŞ
Əlaqədar
Kremldən açıqlama: ABŞ hərbi bazamıza hücum edib
ABŞ-da uşaq anasını zorlanmadan qurtarıb
ABŞ kəşfiyyatının rəhbəri müdhiş qətlin izi ilə Türkiyəyə gəlib
İran ABŞ ilə müzakirəyə hazır olduğunu açıqladı