Seysmoq

Türkiyə ilə Yunanıstan arasında yer titrəyib

43
(Yenilənib 11:04 26.10.2018)
Zəlzələ zamanı həlak olanlar və xəsarət alanlar barədə məlumat verilmir

BAKI, 26 oktyabr — Sputnik. Yunanıstanın qərbində, İyon dənizi yaxınlığında 6.8 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Avropa-Ağdəniz Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Zakintos adasının 53-cü kilometrliyində baş verib.

Zəlzələnin episentri yerin 16.6 kilometr dərinliyində qeydə alınıb. Təbiət hadisəsinin təsiri Yunanıstanın paytaxtı Afinada, həmçinin Türkiyənin Malta və Arnavut bölgələrində hiss edilib.

Zəlzələ zamanı həlak olanlar və xəsarət alanlar barədə məlumat verilmir. Zəlzələdən sonra 5.6 bal gücündə avtoşoklar qeydə alınıb.

43
Teqlər:
zəlzələ, Yunanıstan, Türkiyə
Əlaqədar
Bölgədə ard-arda 4 şiddətli zəlzələ oldu, ölkə silkələndi
Seymologiya idarəsindən qorxulu zəlzələ proqnozu
Dünya yeni zəlzələ ilə titrədi, xeyli sayda ölən və yaralananlar var
Rusiyada zəlzələ baş verib