Avropa Parlementinin binası, arxov şəkli

Avropa Parlamenti Səudiyyə Ərəbistanına sanksiya qərarını qəbul etdi

109
Avropa Parlamenti Camal Qaşıqçının öldürülməsinə dair beynəlxalq istintaq aparılması və məsuliyyətlərinin müəyyən edilməsi vəziyyətində Səudiyyə rəsmilərinə sanksiya tətbiqi ilə bağlı qərar layihəsini təsdiq edib

BAKI, 25 oktyabr — Sputnik. Avropa Parlamenti səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsinə dair beynəlxalq istintaq aparılması və məsuliyyətlərinin müəyyən edilməsi vəziyyətində Səudiyyə rəsmilərinə sanksiya tətbiqi ilə bağlı qərar layihəsini təsdiq edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Avropa Parlamenti Səudiyyə rəsmilərinə sanksiya tətbiqinə çağıran qərar layihəsini təsdiq edib.

Bu, Qaşıqçının öldürülməsinə dair beynəlxalq istintaq aparılması və məsuliyyətlərinin müəyyən edilməsi vəziyyətində tətbiq ediləcək.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

109