SEPAH əsgərləri, arxiv şəkli

İranda ciddi dəyişiklik baş verdi

221
(Yenilənib 19:08 25.10.2018)
SEPAH ölkədəki telekommunikasiya və mobil sektordakı səhmlərini əlindən çıxarıb

BAKI, 25 oktyabr — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) telekommunikasiya sektorundan çəkilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İran iqtisadiyyatında bir çox sektorda fəaliyyət göstərərək monopoliya səbəbindən tənqid edilən SEPAH ölkədəki telekommunikasiya və mobil sektordakı səhmlərini əlindən çıxarıb.

SEPAH ölkədəki telekommunikasiya və mobil sektorda əlində saxladığı səhmləri sataraq sektordakı fəaliyyətlərini dayandırdığını bildirib.

Qeyd edək ki, İranın müdafiə naziri Əmir Xatəmi yanvar ayında İranın lideri ayətullah Əli Xameneyinin Silahlı Qüvvələrin iqtisadi fəaliyyətlərdən çəkilməsi göstərişi verdiyini açıqlamışdı. İran Prezidenti Həsən Ruhani də bir neçə dəfə Silahlı Qüvvələri iqtisadi fəaliyyətlərinə son qoymağa çağırmışdı.

İran Silahlı Qüvvələri də avqust ayında nəqliyyat, energetika və tikinti sektorlarında xidmət göstərən 130-dan çox şirkətin fəaliyyətini dayandırdığını açıqlamışdı.

221
Əlaqədar
Trampın müşaviri Azərbaycan paytaxtında məramını açıqladı: İran və Qarabağ
İran ABŞ ilə müzakirəyə hazır olduğunu açıqladı
İrandan gətirdiyi narkotiki Bakıda torpağa gömdü
Ekspert İrana qarşı sanksiyaların Azərbaycana təsirlərini açıqladı