Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə azərbaycanlı həbs edildi

© AP Photo / Emre TazegulПолиция Турции, фото из архива
Полиция Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şübhəlinin ifadəsi alındıqdan sonra Biləcik bölgəsinə göndəriləcəyi qeyd edilib.

BAKI, 25 oktyabr — Sputnik. Türkiyənin Əskişəhir bölgəsində FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Biləcik bölgəsində aparılan istintaq çərçivəsində azərbaycanlı A.H. "terror təşkilatına üzv olmaq" ittihamı ilə həbs edilib.

Ərazi polis idarəsinin terrorla mübarizə şöbəsinin qrupları şübhəlini şəhər mərkəzində həyata keçirilən əməliyyat zamanı yaxalayıb.

Şübhəlinin ifadəsi alındıqdan sonra Biləcik bölgəsinə göndəriləcəyi qeyd edilib.

 

Xəbər lenti
0