Məhkəmə çəkici

İslam dünyasına şad xəbər

224
Məhəmməd peyğəmbərin təhqir edilməsinin ifadə azadlığı olmadığı barədə qərar çıxarılıb

BAKI, 25 oktyabr — Sputnik. Avropa İnsan Haqları Məhkəməsi (AHİM) Məhəmməd peyğəmbərin təhqir edilməsinin ifadə azadlığı olmadığı barədə qərar çıxarıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə AHİM açıqlama yayıb.

Məlumata görə, 47 yaşlı Avstrya vətəndaşının 2009-cu ildə Həzrəti Məhəmmədə qarşı istifadə etdiyi təhqir dolu ifadələrin İnsan Haqları Müqaviləsinin düşüncə azadlığı ilə bağlı 10-cu maddəsi çərçivəsində dəyərləndirilməyəcəyinə qərar verilib.

Açıqlamada qeyd edilib ki, istifadə edilən ifadələr mübahisə sərhədini aşıb. İstifadə edilən ifadələr Məhəmməd peyğəmbərə qarşı hücum aktı kimi dəyərləndirilib. Eyni zamanda, bu cür davranışların Avstriyada dini azadlığa zərbə olduğu qənaətinə gəlinib.

Xatırladaq ki, 2009-cu ildə "İslamın təməl ünsürləri" adlı seminarda danışan avstriyalı Məhəmməd peyğəmbəri təhqir etmişdi. 2011-ci ildə yerli məhkəmə həmin şəxsi dini inancı təhqir etməsi ittihamı ilə 480 avro məbləğində cərimələmişdi.

Cəzaya etiraz edən şəxs Ali Məhkəməyə müraciət etmişdi. Amma bu məhkəmə instansiyası da onun etirazını qəbul etməmişdi. Bundan sonra həmin şəxs Avropa İnsan Haqları məhkəməsinə üz tutmuşdu.

224
Teqlər:
söz, ifadə, Məhəmməd peyğəmbər
Əlaqədar
Ölünü diriltmək istəyən "peyğəmbər"i polis saxladı
Xristianların əsas bayramı ləğv olundu: peyğəmbərin vətənində qarşıdurma
İsa peyğəmbər heç də şəkillərdə gördüyümüz kimi olmayıb
Özlərini Nuh peyğəmbərin nəslindən hesab edirlər, 5 min il yaşları var

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

88
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

88
Dondurma, arxiv şəkli

Həm sərinlən, həm keflən - Tünd alkoqollu dondurmanın istehsalına icazə verildi

1509
(Yenilənib 01:46 09.08.2020)
Dondurmanın yaradıcıları bildirirlər ki, tünd alkoqol və qaymaqlı dondurmanın birləşməsi improvizasiyaya imkan verən dadların böyük palitrasını yaradır

BAKI, 9 avqust – Sputnik. Nyu-York ştatının qubernatoru tünd alkoqollu içkilər əlavə edilmiş dondurmanın istehsalına icazə verən qanunu imzalayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, iki il əvvəl qubernator Endryu Kuomo pivə və sidrlə dondurma istehsalına icazə verib. İndi bu desertə likör da əlavə etmək olar. Rəsmilər hesab edirlər ki, bu qanun kiçik biznesi stimullaşdıracaq, nyu-yorklu fermerlərə, kraft içki və süd məhsulları istehsalçılarına istehlakçıların tələbatını ödəməyə imkan verəcək.

Qaydalara görə, dondurmada alkoqol 5 faizdən çox ola bilməz. Bu deserti 21 yaşından gənc insanlara satmaq da qadağandır.

Dondurmanın yaradıcıları bildirirlər ki, tünd alkoqol və qaymaqlı dondurmanın birləşməsi improvizasiyaya imkan verən dadların böyük palitrasını yaradır. Likör, pivə və sidrdən əlavə, dondurmanın həmçinin şərab və ağcaqayın burbonu ilə olan variantları da var.

1509
Əlaqədar
Bu yay dondurmadan qorxmaq lazımdır?
Dondurma yaladı, həbs olundu
"Hesab mənlikdir!" – Putin Ərdoğana dondurma qonaqlığı verdi
Ən dadlı qidanın böyük təhlükəsi: Dondurma alarkən son dərəcə diqqətli olun
Çaxır

Koronavirusla mübarizədə qırmızı şərab

0
(Yenilənib 15:30 09.08.2020)
ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur. Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

BAKI, 9 avqust — Sputnik. Kanadalı alimlər şərabda koronavirus zamanı müşahidə edilən kəskin tənəffüs çətinliyi sindromunun (ARDS) şiddətini azalda bilən bir antioksidan tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kəskin tənəffüs çətinliyi sindromu ARDS ağciyərlərdə yayılmış iltihab nəticəsində yaranan tənəffüs çatışmazlığıdır. ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur.

Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

Bədəndəki konsentrasiyası əsasən qırmızı və ağ şərabda olan antioksidan resveratrol ilə artır.

Ancaq ACE2 konsentrasiyasının artması bir tərəfdən koronavirusun hüceyrəyə daxil olma riskini artıra bilər.

Digər tərəfdən, ferment işləmədikdə, AngII peptidinin miqdarı artır, bu da iltihab reaksiyasının artmasına kömək edir.

Buna görə də, ACE2 çatışmazlığı və AngII-nin artıq olması COVID-19-un gedişinə mənfi təsir göstərir.

Bu barədə Lomonosov adına Moskva Dövlər Universitetinin əməkdşaı Roman Zinovkin danışıb.

Resveratrol immunitet sisteminin hüceyrələrini də sıxışdıra bilər. ARDS-nin immunitet sisteminin həddindən artıq aktivliyindən qaynaqlandığını nəzərə alsaq, resveratrolun bu komplikasiyanın inkişafında müsbət təsir göstərməsi mümkündür. Şərabla yanaşı, resveratrol fıstıq, püstə, kakao və moruğun da tərkibində var.

0