ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel

Vaşinqton Ankaranın sübutunu qəbul edib

103
(Yenilənib 12:54 25.10.2018)
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Camal Qaşıqçının öldürülməsinə dair səs yazısını dinləyib

BAKI, 25 oktyabr — Sputnik. Türkiyədə səfərdə olarkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsinə dair səs yazısını dinləyib. Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, bu iddia ilə "Vaşinqton Post" qəzeti çıxış edib.

İddia edilib ki, Cina Haspel səs qeydlərini dinlədikdən sonra, bunun inandırıcı olduğunu deyib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

103
Teqlər:
səs yazısı, Cina Haspel, direktor, Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ
Əlaqədar
Həsən Ruhani Qaşıqçının qətlinin əsl günahkarını açıqladı
Qaşıqçı olayının ilk nəticəsi: Şahzadə iqtisadi forumun açılışında iştirak etməyib
Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb
Putinə Qaşıqçının öldürülməsi barədə məlumat verilib
Politoloq: “Qaşıqçının öldürülməsi geoploitik anlamda təsirsiz ötüşməyəcək”