Məşhur reper video çəkən zaman öldü - FOTO

© Instagram / jonjames Con Jeyms Makmürrey
 Con Jeyms Makmürrey - Sputnik Azərbaycan
Abunə olmaq
Kanatdan tutaraq asılı qalan sənətçinin gücü tükənib və reper hündürlükdən yıxılıb

BAKI, 25 oktyabr — Sputnik. Kanadada məşhur reper bədbəxt hadisə nəticəsində ölüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, videoları və musiqisi ilə yüzlərlə fanat ordusu toplayan Con Jeyms Makmürrey növbəti video çəkmək üçüm Britaniya Kolumbiyası bölgəsinə gedib. Orada Cessna tipli təyyarəyə minərək, havada ikən təyyarənin qanadına çıxaraq video çəkmək istəyib.

© www.sozcu.com.trReper Con Jeyms Makmürrey
Məşhur reper video çəkən zaman öldü - FOTO - Sputnik Azərbaycan
Reper Con Jeyms Makmürrey

Amma hər kəsi razı salan sənətçi uğursuzluğa düçar olub. Təyyarə qəfil böyrü üstə dönən zaman Con Jeyms Makmürrey müvazinətini itirib. Bir müddət kanatdan tutaraq təyyarədən asılı qalan sənətçi, sonda gücünün tükənməsi nəticəsində yıxılıb və ölüb.

Xəbər lenti
0