Təyyarə qəzaya uğradı, avtomobil yoluna düşdü

© REUTERS / SOCIAL MEDIAQəzaya uğrayaraq yolun hərəkət hissəsinə düşmüş təyyarə
Qəzaya uğrayaraq yolun hərəkət hissəsinə düşmüş təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Pilot yanan təyyarədən özünü dərhal kənara atması nəticəsində sağ qalıb

BAKI, 25 oktyabr — Sputnik. ABŞ-ın Los-Anceles şəhərində "T6 Texan" tipli hərbi təyyarə qəzaya uğrayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, təyyarə texniki nasazlıq səbəbindən avtomobil yoluna təcili eniş etmək istəyərkən yoldakı avtomobillərə dəymək təhlükəsi ilə üzləşib. Pilot manevr edərək təyyarəni avtomobildən qaçırmaq istəyib və nəticədə qəzaya uğrayıb.

Pilot yanan təyyarədən özünü dərhal kənara atıb və möcüzə nəticəsində sağ qalıb. Qəza səbəbindən magistral yol hər iki istiqamətdə avtomobillərin hərəkəti üçün dayandırılıb.

Xəbər lenti
0