Türkiyədə kriminal polis hadisə yerindıə tədqiqat aparır, İstanbul, 23 oktyabr 2018-ci il

Jurnalistin cəsədinin tapılması üçün şans yarandı

88
(Yenilənib 19:31 24.10.2018)
Krallığın İstanbuldakı Baş Konsulluğunun bağçasında və quyuda araşdırma aparmağa icazə verilib

BAKI, 24 oktyabr — Sputnik. Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümünə dair aparılan istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun bağçasındakı quyuda araşdırma aparılacaq.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bundan öncə Səudiyyə Ərəbistanının vəzifəli şəxsləri Krallığın İstanbuldakı Baş Konsulluğunun bağçasında və quyuda araşdırma aparmağa icazə vermirdilər.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

88
Teqlər:
icazə, axtarış, konsulluq, Səudiyyə Ərəbistanı, Camal Qaşıqçı
Əlaqədar
Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb
Putin Ərəbistana gedəcək - Qaşıqçı işinin bitməsini gözləyir
Qaşıqçı olayının ilk nəticəsi: Şahzadə iqtisadi forumun açılışında iştirak etməyib
Camal Qaşıqçı olayından yeni xəbər — Konsul qaçdı
Co Bayden

Co Baydendən transgenderlərə yaşıl işıq

22
Ağ Ev: Prezidentin bu gün imzaladığı sərəncama əsasən, xidmətə yararlı olan hər bir amerikalı ABŞ Silahlı Qüvvələrində xidmət edəcək.

BAKI, 25 yanvar - Sputnik. ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evdən yayılıb. Məlumatda deyilir: 

“Prezidentin bu gün imzaladığı sərəncama əsasən, xidmətə yararlı olan hər bir amerikalı ABŞ Silahlı Qüvvələrində xidmət edəcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır”.

Qeyd edək ki, Ağ Evə gəldikdən qısa müddət sonra keçmiş prezident Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifə tutmasının əleyhinə olduğunu bəyan etmişdi.

2019-cu ildə ABŞ Müdafiə Nazirliyi transgenderlərin əksəriyyətinin ABŞ ordusunda xidmətini qadağan edən direktiv imzalayıb.

22
Teqlər:
Co Bayden
Plastik tullantılar, arxiv şəkli

Plastik tullantılardan insanları gözəlləşdirmək üçün istifadə edəcəklər

11
(Yenilənib 20:19 25.01.2021)
Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.

BAKI, 25 yanvar — Sputnik. Şimal-Qərb Universitetinin, Argonne Milli Laboratoriyasının və Eymes Laboratoriyasının alimləri plastik tullantıların təkrar emalı üçün yeni bir üsul icad ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun köməyi ilə zibil motor yağları, sürtkü yağları, yuyucu vasitələr və hətta kosmetika istehsalı üçün uyğun bir maye halında olan maddəyə çevrilə bilər.

Məlumdur ki, dünyada hər il 380 milyon ton plastik istehsal olunur. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər bu rəqəm dörd dəfə arta bilər. Məhsulların 75% -dən çoxu birdəfəlik istifadədən sonra atılır və ətrafa, o cümlədən çaylara, dənizlərə və okeanlara daxil olur.

Plastik tullantıları emalının müasir üsulları problemi həll edə bilməz. Birdəfəlik məhsullar əriyib emal edilə bilər. Amma nəticədə aşağı keyfiyyətli material alınır.

Yeni araşdırmanın müəllifləri məsələyə fərqli yanaşıblar.

Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.

Müəyyən şərtlərdə katalizator plastikin karbon-karbon bağını parçalayır və maye karbohidrogenlər əldə edilir. Belə bir maye müxtəlif texniki və ya kosmetik məhsulların istehsalı üçün uyğundur.

11

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0