Con Bolton

Bolton Bakıda Rusiyaya qarşı sanksiyalardan danışdı

78
(Yenilənib 16:29 24.10.2018)
Hazırda biz Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməmişik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakıda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunub-olunmayacağına dair məsələyə aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, Bolton hazırda belə bir məsələnin nəzərdən keçirilmədiyini bildirib.

“Böyük Britaniyanın Solsberi şəhərində kimyəvi silahın tətbiq edilməsi nəticəsində Skripalların zəhərlənməsi faktı ilə bağlı 4 ay əvvəl Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etmişik. Hələlik bu prosesin üzərindən 4 ay keçib və bizim təcrübə onu tələb edir ki, biz hər hansı bir dövlətə sanksiya tətbiq etdikdən 6 ay sonra məsələni yenidən nəzərdən keçiririk. Bu müddət başa çatdıqdan sonra hər hansı bir dövlət öz davranışını dəyişdiribsə, biz yalnız o halda sanksiyaların aradan qaldırılmasını və yaxud da yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçiririk. Hazırda biz Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməmişik” - deyə Bolton qeyd edib.

78
Əlaqədar
Trampın sabiq müşavirindən sensasion etiraf
Trampın müşaviri Bakıya gəlir
Boltonun Qafqaz səfəri – Hamı İranı hədəf göstərir
Trampın müşaviri Azərbaycan paytaxtında məramını açıqladı: İran və Qarabağ