Amerika qitəsi təbiətin qəzəbinə tuş gəlib - Yeni fəlakət

Abunə olmaq
"Visente"qasırğasının "Uilla" fırtınası başlayıb

BAKI, 24 oktyabr — Sputnik. Meksika "Visente"qasırğasından sonra "Uilla" fırtınasının hücumuna məruz qalıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, fırtınanın gücü 5-ci dərəcədən 3-cü dərəcəyə ensə də, episentrdə küləyin gücü saatda 160 kilometrə çatıb.

Məlumata görə, artıq Meksikanın istirahət bölgələri boşaldılıb. Ərazilər polis və hərbçilər tərəfindən əhatəyə alınıb, sahilə yaxınlşamaq mümkün deyil. Bölgədən 1000 nəfərə yaxın sakin evakuasiya edilib.

Qeyd edək ki, "Uill" fırtınası son illərin ən güclü fırtınası hesab edilir. O, daim güclü külək və leysan yağışları ilə müşayət olunur.

Onu da diqqətə çatdıraq ki, Meksikada "Visente"qasırğasının fəsadları hələ tam aradan qaldırılmayıb.

Xəbər lenti
0