Eskalator. Arxiv şəkli

Metroda eskalatorun qırılması nəticəsində 8 nəfər xəsarət aldı - VİDEO

970
Roma metrosunda eskalatorun qırılması nəticəsində MOİK-in 8 azarkeşi xəsarət alıb

BAKI, 23 oktyabr — Sputnik. İtaliyanın paytaxtı Romanın mərkəzində metro eskalatorunun uçması nəticəsində Rusiya MOİK-nin ən azı 8 azarkeşi xəsarət alıb.

"Report" məlumatına görə, bu barədə "RİA Novosti"yə Roma şəhər Polis İdarəsindən açıqlama verilib.

"MOİK-in azarkeş qrupu stansiya ilə aşağı enərkən eskalator qırılıb. Ən azı 8 nəfər müxtəlif xəsarətlər alıb. Onların sayı arta bilər. Hazırda yaralılar şəhərin tibb müəssisəsinə göndərilib", — deyə məlumatda bildirilir.

"Repubblica" stansiyası bu gün "Roma" və MOİK komandaları arasında Çempionlar Liqasının III tur matçının keçiriləcəyi "Olimpiko" stadionu istiqamətindəki metro xəttində yerləşir. Hadisədən sonra stansiya bağlanıb.

970