Su-25M1

Təyyarə iki metr hündürlükdən uçdu VİDEO

269
(Yenilənib 19:35 22.10.2018)
"Normal Hərbi Hava Qüvvələrində buna görə tribunala çıxarılırsan"

BAKI, 22 oktyabr — Sputnik. Sosial şəbəkələrdə Ukraynaya məxsus qırıcı təyyarələrin uçuş görüntüləri yayımlanıb. Onlardan biri son dərəcə aşağıdan uçaraq, uçuş-eniş zolağına təhlükəli dərəcədə yaxınlaşıb. Sputnik Azərbaycan "Zvezda" telekanalına istinadən xəbər verir ki, hadisənin konkret olaraq harada baş verdiyi bilinmir. 

Kadrlarda "Su-25M1" hücum qırıcıları görünür. Hadisə ilə bağlı sosial şəbəkə istifadəçilərin fikirləri də iki yerə bölünüb. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri ukraynalı pilotların bacarıqlarını tərifləyib, digərləri isə daha ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.

"Normal Hərbi Hava Qüvvələrində buna görə tribunala çıxarılırsan" – deyə şərhlərdən birində bildirilir.

269
Teqlər:
təhlükə, qırıcı, təyyarə, Su-25, Ukrayna
Əlaqədar
Təyyarə avtomobil yoluna endi — VİDEO
Moskva səmasında iki təyyarə toqquşub
Bir gündə iki təyyarə qəzası baş verib, ölənlər var
Təyyarə okeana düşdü - VİDEO
Təyyarə gecikdi, pilot sərnişinlərə elə şey etdi ki...