Hərbi kaska

Ermənistanda aprel döyüşlərinin iştirakçının meyiti tapıldı

336
(Yenilənib 18:37 22.10.2018)
O, işğal altında olan Dağlıq Qarabağda xidmət edib

BAKI, 22 oktyabr — Sputnik. Ermənistanda 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş gəncin meyiti aşkarlanıb. Sputnik Azərbaycan "News.am"-a istinadən verir ki, hadisə Lori vilayətinin Allahverdi şəhərində qeydə alınıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 21 yaşlı şəhər sakini Sanasar Simonyan olduğu müəyyənləşib. Cəsəddə heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. İkin məlumatlara görə, Simonyan ürək çatışmazlığından ölüb.

Məlumatda Simonyanın Aprel döyüşlərinin iştirakçısı olduğu bildirilib. O, işğal altında olan Dağlıq Qarabağda xidmət edib.

336
Teqlər:
aprel döyüşləri, hərbi qulluqçu, ölüm, Dağlıq Qarabağ, Ermənistan, ürək çatışmazlığı
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7
At, arxiv şəkli

Tarixi filmdə rol alan aktrisa atdan yıxıldı

14
(Yenilənib 23:29 02.12.2020)
Serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb. Təlimlər zamanı o atdan yıxılıb.

BAKI, 2 dekabr — Sputnik. Tanınmış türk aktrisası Esra Sönmezer "Kutay" adlı tarixi serialda çəkilməyə başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb.

Lakin təlimlər zamanı atdan yıxılıb. Aktrisa ağır yaralanmadığı üçün Allaha şükür etdiyini və at minməyin çox çətin olduğunu dilə gətirib.

14
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT