Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları

Baş nazirə istefa tələbi gəldi, 72 saat vaxt verildi

323
(Yenilənib 17:37 22.10.2018)
Böyük Britaniya baş nazirinə qarşı "partiyanın bütün qanadları" birləşib

BAKI, 22 oktyabr — Sputnik. Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası Baş nazir Tereza Meyə istefa verməsi üçün 72 saat vaxt verib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti yazıb.

Nəşr xəbər verir ki, Mühafizəkarlar Partiyasının rəhbərliyi Krallığın Avropa İttifaqından çıxması prosesi ("Brext") də daxil olmaqla, Meyin dövləti idarə etməsindən narazıdır.

Partiyanın üzvü, keçmiş hərbçi Conni Merser parlament üzvlərini baş naziri hakimiyyətdən devirməyə çağırıb.

Britaniyanın baş naziri Tereza Mey
© AFP 2018 / NIKLAS HALLE'N
Britaniyanın baş naziri Tereza Mey

"The Sunday Times"-da dərc olunan məqaləsində Conni Merser yazıb ki, o fəaliyyət göstərə bilməyən administrasiyanı dəstəkləyə bilməz.

Merserin sözlərinə görə, bu həftə Tereza Meyə etimad göstərməyə bilər, çünki Böyük Britaniya baş nazirinə qarşı "partiyanın bütün qanadları" birləşib.

323
Teqlər:
Mühafizəkarlar Partiyası, Tereza Mey, tələb, Böyük Britaniya, istefa
Əlaqədar
Britaniya Rusiyaya qarşı hücum planı hazırlayır, yaxın vaxtda qərar veriləcək
Britaniyalılar yadplanetlilərin izlərini aşkar ediblər
Britaniya paytaxtında terrora oxşar hadisə baş verdi
Britaniyanın türk əsilli XİN rəhbəri istefa verdi
Britaniya məşhur Rusiya kanalına qarşı araşdırma başladıb