Marmaris şəhərində polis. 16 iyul 2016-cı il

Türkiyədə böyük əməliyyat - 6097 nəfər tutuldu

132
(Yenilənib 17:13 22.10.2018)
15-22 oktyabr tarixlərində keçirilən əməliyyatlarda 18 terrorçu (2 ölü, 16 sağ) zərərsizləşdirilib

BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Daxili işlər Nazirliyi son bir həftə ərzində terrorla mübarizə çərçivəsində 2 min 829 əməliyyat keçirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, 15-22 oktyabr tarixlərində keçirilən əməliyyatlarda 18 terrorçu (2 ölü, 16 sağ) zərərsizləşdirilib.

Həmçinin bir həftə ərzində terror təşkilatına yardım etmək və onlarla bağlılığına görə 956 nəfər (PKK/KCK 199, solçular 19, İŞİD 71, FETÖ/PDY 667), 4 min 954 nəfər narkotik və qaçaqmalçılıq, 187 nəfər isə qanunsuz miqrasiya ilə bağlı olmaqla, ümumilikdə 6 min 97 nəfər həbs edilib.

132
Teqlər:
FETÖ, əməliyyat, Türkiyə, terror, İŞİD, həbs