Paşinyan Putinlə bağlı gözlənilməz etiraf etdi

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidNikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il
Nikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Seçkiyə qədər Nikol Paşinyan baş nazirin vəzifələrini icra edəcək

BAKI, 22 oktyabr — Sputnik. “Rusiya prezidenti Vladimir Putinlə aramızda qarşılıqlı inam atmosferi mövcuddur”. Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan iddia edib.

"Mən bu barədə əvvəl də danışmışdım. Bizim və mənim tərəfdaşlarımızla əlaqələrimiz birbaşa və çox açıqdır. Mən çox şadam ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, bizim tərəfdaşlarımızla münasibətlərimizdə qarşılıqlı inam atmosferi formalaşıb" — deyə Paşinyan vurğulayıb.

Ermənistan-Türkiyə sərhəddi - Sputnik Azərbaycan
Ermənistan - Türkiyə sərhədində gərginlik, dörd nəfər tutuldu

Onun sözlərinə görə, amma bu, onların hər şeylə bağlı eyni mövqedə olması və onların hər şey barədə razılaşması anlamına gəlmir.

Qeyd edək ki, oktyabrın 16-da Ermənistan baş naziri Nikol Paşinyan tutduğu vəzifədən istefa verib.

Ermənistan parlamentinə növbədənkənar seçkilər 9 dekabr 2018-ci ildə keçiriləcək. Ölkə qanunvericiliyinə əsasən, seçkilər hökumət başçısının istefasından 30 gün tez olmamaq və parlamentin buraxılmasından 45 gün gec olmamaq şərti ilə keçirilməlidir. Beləliklə, seçkilər noyabrın sonu – dekabrın ortaları aralığında keçirilməlidir.

Seçkiyə qədər Nikol Paşinyan baş nazirin vəzifələrini icra edəcək.

Xəbər lenti
0