Vladimir Putin

Putin Ərəbistana gedəcək - Qaşıqçı işinin bitməsini gözləyir

78
(Yenilənib 15:03 22.10.2018)
"Biz araşdırmanın başa çatmasını gözləyirik. Ona görə də səbirli olmaq, gözləmək lazımdır"

BAKI, 22 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfərinə dair hazırlıq davam edir. Rəsmi Moskva, səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı aparılan araşdırmanın bitməsini gözləyir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Biz araşdırmanın başa çatmasını gözləyirik. Ona görə də səbirli olmaq, gözləmək lazımdır" — deyə Boqdanov qeyd edib.

"Rusiya prezidentinin Səudiyyə Ərəbistanına səfərinə dair hazırlıqlar davam edirmi" sualını diplomat müsbət cavablandırıb: "Bəli, axı ölkələr arasında səfərlər həyata keçirilir. Nazirliklər səviyyəsində yüksək səviyyəli nümayəndə heyətimiz ora səfər edib. Səs-küylü işdir, lakin araşdırmanın nəticələrini gözləmək lazımdır" — deyə Rusiya XİN nümayəndəsi bildirib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

78
Teqlər:
ölüm, Vladimir Putin, Səudiyyə Ərəbistanı, səfər, araşdırma, jurnalist
Əlaqədar
Putin, Merkel və Makron Ərdoğanla görüşə gedirlər
Putin böyük təhdiddən danışdı: “Əməliyyatı buna görə başladıq”
Putin Rusiya-Belarus münasibətlərinə dair zarafat etdi: "Sizə görə ziyana düşürük"
Putin Rusiyanın prioritetini açıqladı
İlham Əliyev Vladimir Putini təbrik etdi
Koronavirus modeli, arxiv şəkli

İyirmi milyonadək insanın həyatnı təhdid edən "əjdaha"nın sonuna az qaldı

1
(Yenilənib 14:33 06.08.2020)
anzas Universitetinin mütəxəssisləri koronavirusa qarşı terapevtik vasitəni sınaqdan keçiriblər və SARS-CoV-2 virusunun inkişafında 3CLpro proteazının əsas ferment olduğunu aşkar ediblər.

BAKI, 6 avqust — Sputnik. Alimlər "SARS-CoV-2" virusunun "zəif yerini" aşkar ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Science Daily" portalında dərc edilmiş məlumatda deyilir.

Kanzas Universitetinin mütəxəssisləri koronavirusa qarşı terapevtik vasitəni sınaqdan keçiriblər və SARS-CoV-2 virusunun inkişafında 3CLpro proteazının əsas ferment olduğunu aşkar ediblər.

Bu proteazın inhibitorlarından laboratoriya siçanları üzərində istifadə zamanı virusun replikasiyasının dayandığı ortaya çıxıb.

Tədqiqatçıların sözlərinə görə, virusun bu "zəif yeri"nə belə bir təsir yalnız MERS virusunun deyil, həm də MERS-CoV və SARS-CoV-2 koronavi̇rusunun qarşısını almağa imkan verir. Mütəxəssislər növbəti addım kimi dərman vasitəsinin insanlarda effektivliyini yoxlamağın zərurətini vurğulayırlar.

1
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

1
(Yenilənib 13:29 06.08.2020)
Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

BAKI, 6 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 39819-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 233 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 772-yə çatıb. Xəstəlikdən sağalanların sayı 31556 olub. Hazırda bu ölkədə 7263 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,8 milyonu keçib, 707 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1