Цветы и свечи, архивное фото

Daha bir jurnalist ölü tapıldı, iki övladı qaldı

407
(Yenilənib 19:58 21.10.2018)
Qazaxıstanda sentyabrın sonlarında jurnalist İrina Beketova güllələnərək öldürülüb

BAKI, 21 oktyabr — Sputnik. Qazaxıstanın Hit TV telekanalının prodüseri və jurnalisti Aygerim Musayeva Almatıda ölü halda tapılıb.

Sputnik Qazaxıstan xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar.

Musayeva sonuncu dəfə Alatau rayonu Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır. Musayevanın iki həddi-buluğa çatmamış övladı qalıb.

Qazaxıstanda sentyabrın sonlarında jurnalist İrina Beketova güllələnərək öldürülüb.

407