Тбилиси, столица Грузии

Qonşuda "marixuana festivalı" baş tutmadı

99
(Yenilənib 23:33 20.10.2018)
Tbilisidə prezidentliyə namizədin keçirmək istədiyi “marixuana festivalı” baş tutmayıb

BAKI, 20 oktyabr — Sputnik. Gürcüstanda prezidentliyə namizəd, “Girçi" partiyasının lideri Zurab Caparidzenin paytaxt Tbilisidəki “Ana dili” (Deda ena) parkında oktyabrın 20-də keçirmək istədiyi “marixuana festivalı” baş tutmayıb.

AZƏRTAC xəbər verir ki, polis tədbirə bir neçə saat qalmış parkı əhatəyə alıb. Polis, eləcə də festivalın keçirilməsinin əleyhinə olan insanlar “Girçi” partiyasının fəallarına parkda texniki avadanlıq qurmağa imkan verməyib.

Tədbir başlayana qədər festivalın təşkilatçısı olan “Girçi” partiyasının bir neçə üzvü polis tərəfindən saxlanılıb.

Parkda, həmçinin marixuana festivalına qarşı olan vətəndaşlar və ictimai fəallar etiraz aksiyası keçiriblər.

Polis əməkdaşları tərəflər arasında qarşıdurma yaranmaması üçün canlı sədd yaradıb.

"Girçi" partiyasının lideri, prezidentliyə namizəd Zurab Caparidze marixuananın leqallaşdırılmasının tərəfdarları qarşısında çıxış edib. Çıxışını bitirdikdən sonra o, ətrafında olanlara marixuana paylamağa başlayıb. Polis əməkdaşları Z.Caparidzeni və daha 10-dan çox şəxsi saxlayıblar.

99